2008-ci il aprelin 28-30-da Los-Anceles şəhərində nüfuzlu Milken İnstitutu tərəfindən təşkil edilmiş Qlobal Konfrans keçirilmişdir. Konfransda Kaliforniya ştatının qubernatoru Arnold Şvarzeneqqer, dünyanın bir çox ölkələrinin dövlət rəsmiləri, dünyanın aparıcı banklarının yüksək vəzifəli şəxsləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak etmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov konfransda çıxış etmişdir.
Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti və dövlət vəsaitlərinin idarəedilməsi sahəsində Fondun təcrübəsi barədə konfrans iştirakçılarına məlumat vermişdir. Konfransda "Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondları"nın fəaliyyəti və onların dünya maliyyə bazarlarındakı yerinə dair məsələlər ətraflı müzakirə edilmişdir.