Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) «Linaburq-Meduel Şəffaflıq İndeksi» cədvəlində yüksək yeri tutub.
«Linaburq-Meduel Şəffaflıq İndeksi» Suveren Fondlar İnstitutunun (http://www.swfinstitute.org) təsisçiləri Karl Linaburq və Maykl Meduel tərəfindən hazırlanmışdır. Bu indeks Suveren Fondların şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətinin qiymətləndirilməsi metodudur. Bu indeks 10 meyardan ibarətdir və hər meyar 1 balla qiymətləndirilib.
ARDNF 10 balla 45 suveren fond arasında səkkiz ölkənin suveren fondları ilə birgə birinci yerdə qərarlaşıb. Renkiqdə ilk yeri Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə yanaşı Çili, Birləşmiş Ərəb Əmirliyi (Mubadala), Sinqapur (Temasek), İrlandiya (NPRF), ABŞ (Alaska), Norveç (GPF) və Yeni Zelandiyanın suveren fondları tutub.