oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

11 Dec 2009 11:00:00

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

11 Dec 2009 11:00:00

2009-cu il dekabrın 11-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2010-cu il üçün büdcə layihəsi müzakirə olunmuşdur.

İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2010-cu il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı Direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin gəlirlərinin 5963126,7 min manat, xərclərinin 5 428 431,2 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 33 431,2 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılmış, müvafiq olaraq Fondun 2010-cu il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir.

Xəbərlərə abunə ol