Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 26 fevral tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2009-cu il üçün büdcəsi təsdiq edildi. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2009-cu ildə Fondun gəlirləri 8 361 016,3 min manat, xərcləri 5 319 534,9 min manat təşkil etməsi nəzərdə tutulur.
Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:
№ |
Gəlir mənbələri |
Gəlirlərin məbləği (min manat) |
1. |
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) |
7 992 300,0 |
2. |
Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) |
150 784,0 |
3. |
Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər |
5 600,0 |
4. |
Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər |
211 432,3 |
5. |
Digər gəlirlər və daxilolmalar |
900,0 |
Cəmi |
8 361 016,3 |
Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
№ |
Xərc istiqamətləri |
Xərclərin məbləği (min manat) |
1. |
Qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
80 000,0 |
2. |
Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinə transfert |
4 915 000,0 |
3. |
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi |
100 000,0 |
4. |
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi |
110,000,0 |
5. |
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi |
80 000,0 |
6. |
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi |
10 000,0 |
7. |
Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
24 534,9 |
Cəmi |
5 319 534,9 |
Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və büdcəsinin tərtibi və icrası Qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.