oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

30 Jun 2011 11:42:56

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

30 Jun 2011 11:42:56

2011-ci il iyunun 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2010-cu ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2010-cu il büdcəsinin icrası, Fondun 2011-ci il büdcəsində əlavə və dəyişikliklərin edilməsi məsələlərinə baxılmışdır.

Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2010-cu ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2010-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Ernst ənd Yanq” şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmiş və Fondun 2010-cu il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.

Müşahidə Şurası Fondun 2011-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab etmiş və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara almışdır.

Baş Nazir A.Rasi-zadə 2011-ci il üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilmişdir.


Xəbərlərə abunə ol