oil fund
  • EN
  • Fond
  • İnvestisiyalar
  • Layihələr
  • Hesabat və Statistika
  • Fond haqqında
    • Tarix
    • Xronologiya
    • Missiya və məqsəd
    • Dəyərlər
    • Mükafatlar
    • Terminlər
    • İnzibati bina
    • Loqo
    • Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ) prinsipləri
  • İdarəetmə
    • Ümumi məlumat
    • Müşahidə Şurası
    • İcraçı direktor
    • İcraçı direktorun müavini
    • İcraçı direktorun müavini
    • İcraçı direktorun müşaviri
    • Əvvəlki rəhbərlik
    • Təşkilati struktur
    • Əsasnamələr
    • Etik davranış qaydaları
  • Beynəlxalq əlaqələr
    • Ümumi məlumat
    • Beynəlxalq təşkilatlarla əməkdaşlıq
    • Suveren Fondların Beynəlxalq Forumu
  • Hüquqi sənədlər
    • ARDNF-nin fəaliyyətinə dair
    • ARDNF-nin büdcəsinə dair
    • Dövlət büdcəsinə dair
    • Digər sənədlər
  • Mətbuat guşəsi
    • İctimaiyyətlə əlaqələr
    • İnformasiya siyasəti
    • Xəbərlər arxivi
    • Mətbuat güzgüsündə
    • Elanlar
    • Sual-cavab
    • Faydalı linklər
    • Müsabiqə
  • Karyera imkanları
    • Nəyə görə ARDNF?
    • ARDNF-də işləyərkən
    • Təcrübə proqramı
    • Vakansiya
  • Ümumi məlumat
  • İnvestisiya siyasəti
  • Xarici menecerlər
  • Qızıl
  • Daşınmaz əmlak
  • Rüblük investisiya nəticələri
  • Son rəqəmlər
  • Büdcə məlumatları
  • Hesabat arxivi
oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı

2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə 30.09.2026 tarixinə məlumat

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın (Dövlət Proqramı) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən Dövlət Proqramının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti, beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları, kreditlər və qrantlar, xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi müəyyən edilmişdir.

Sərəncama əsasən Dövlət Proqramının icrası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (Nazirlik) nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu (İdarəetmə Qrupu) tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 241 nömrəli Qərarı ilə Dövlət Proqramının Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 444 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim qaydaları təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici DP_22-28_30sentyabr.pdfali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 450 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydaları təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 451 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının va təhsil səviyyələrinin seçim qaydaları təsdiq edilmişdir.

“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli 673 nömrəli Sərəncamına əsasən Dövlət Proqramına uyğun olaraq icra olunan 6 beynəlxalq ikili diplom proqramlarının (BİDP) əhatə dairəsinin genişləndirilməsi məqsədilə BİDP-lərin icrasının davam etdirilməsi, sayının 8-ə çatdırılması və ARDNF-in vəsaiti hesabına maliyyələşdirilməsi müəyyən edilmişdir.

Sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiq etmişdir:

- 2025-ci il 17 dekabr tarixli 395 nömrəli Qərarı“ ilə Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”;

- 2025-ci il 17 dekabr tarixli 396 nömrəli Qərarı“ ilə Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilmişdir (Qərara əsasən BİDP-lərin icrası İdarəetmə Qrupu tərəfindən həyata keçirilir).

Dövlət Proqramı (BİDP daxil olmaqla) çərçivəsində 30.09.2026-cı il tarixinə Elm və Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsindəki müvafiq hesablara ARDNF tərəfindən ümumilikdə 122 833,5 min manat (2007-2015 Dövlət Proqramı üzrə 1 003,4 min manat geriödəmə nəzərə alınmaqla 123 836,8 min manat) vəsait ayrılmışdır, o cümlədən:

  • İdarəetmə Qrupunun 2020-2026-cı illərdə təsdiq edilmiş xərclər smetaları üzrə ümumilikdə 3 745,2 min manat (cari ilin 3 rübü üzrə 600,4 min manat);
  • Azərbaycan vətəndaşlarının xaricdə doktorantura üzrə təhsilinin maliyyələşdirilməsi üçün 2020-2026-cı illərdə 40 819,6 min manat (cari ilin 3 rübü üzrə 2 477,8 min manat, ayrılmış vəsaitlər təhsil alanların yaşayış, təhsil, viza, sığorta, qeydiyyat, yol və bank xərclərinin ödənilməsinə yönəldilmişdir);
  • Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə 2020-2026-cı illərdə 79 272,1 min manat (cari ilin 3 rübü üzrə 2 731,1 min manat).

Qeyd edilməlidir ki, ARDNF-nin 2026-cı il üzrə büdcəsində Dövlət Proqramı üzrə 7,09 milyon manat, BİDP üzrə 32,83 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura üzrə təhsili maliyyələşdirilmiş doktorantların ölkələr və təhsilinin prioritet sahələri üzrə 30.09.2026-cı il tarixinə olan məlumat






  • Facebook
  • Twitter
  • Email
  • Xəbərlər arxivi
  • Sual-cavab
  • Faydalı linklər
  • Məsuliyyət həddi
  • Saytın xəritəsi
  • Abunə yazılışı
  • Əlaqə

ABUNƏ YAZILIŞI