Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) önəmli təhsil, enerji, nəqliyyat və investisiya layihələrinin maliyyələşdirilməsində fəal iştirak etməklə, ölkədə neft və qaz kapitalının insan kapitalına çevrilməsi siyasətinə öz töhfəsini verməkdədir. Xüsusən gənc kadrların potensialını yüksək dəyərləndirən ARDNF xüsusi istedadlı şəxslərin burada çalışması üçün çox əlverişli iş mühiti yaratmışdır.
Bu mənada, öncəlikli hədəfimiz, istedadları cəlb etmək, inkişaf etdirmək və əməkdaşlarımızın qarşılıqlı inam şəraitində birlikdə çalışacağı korporativ mədəniyyət qurmaqdır.
Bu məqsədlə, Fond təhsil müəssisələri tərəfindən təşkil olunan karyera sərgiləri və digər platformalarda fəal iştirak etməklə yanaşı, məzunlar üçün təcrübə proqramlarını həyata keçirir.
Təcrübə proqramlarının təşkili ilə bağlı uğurlu təcrübəmizi nəzərə alaraq, Fondda Yay Təcrübə Proqramının təşkili nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ölkədə neft və qaz kapitalının insan kapitalına çevrilməsi siyasətinə öz töhfəsini verməkdədir. Xüsusən gənc kadrların potensialını yüksək dəyərləndirən ARDNF xüsusi istedadlı şəxslərin burada çalışması üçün çox əlverişli iş mühiti yaratmışdır.
Bu baxımdan, əsas hədəfimiz istedadları cəlb etmək, onların inkişafına dəstək vermək və qarşılıqlı etimada əsaslanan birgə əməkdaşlıq mühitində fəaliyyət göstərən korporativ mədəniyyət yaratmaqdır.
Bu məqsədlə, Fond təhsil müəssisələri tərəfindən təşkil edilən karyera sərgiləri və digər platformalarda fəal iştirak edir, eləcə də məzunlar üçün müxtəlif təcrübə proqramları həyata keçirir.
Təcrübə proqramlarının təşkili ilə bağlı uğurlu təcrübəmizi nəzərə alaraq,Fondda 2025-ci üzrə Yay Təcrübə Proqramınıntəşkili nəzərdə tutulmuşdur.
Təcrübə proqramının üstünlükləri
Yay Təcrübə Proqramı
Real iş təcrübəsi qazanmaq üçün ARDNF komandasına qoşulmağa hazırsınızmı?
Yüksək ixtisaslı peşəkarlardan ibarət dinamik komandamız sizlərə maliyyə sahəsində ən zıruri yenilik və bacarıqları qazanmaq imkanı yaradır. Siz gündəlik real iş proseslərində iştirak edərək həm peşəkar, həm də şəxsi bacarıqlarınızı inkişaf etdirmək, eləcə də, praktiki təcrübə əldə etmək imkanı qazanacaqsınız.
Tələblər:
Aşağıda göstərilən sahələr üzrə bakalavr təhsil pilləsi üzrə 3-cü və ya 4-cü kursda təhsil alan tələbələr, eləcə də 2024-cü ildə ali təhsilini bitirmiş və yüksək akademik göstəricilərə malik məzunlar təcrübə proqramına müraciət edə bilərlər.
Təcrübə proqramının təşkil olunacağı departamentlər
Struktur Bölmə | Təhsil |
İnvestisiya departamenti | Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat |
Risklərin idarə edilməsi departamenti | Maliyyə, İqtisadiyyat və ya Riyaziyyat |
Enerji layihələri departamenti | Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat |
İnvestisiyalarda əməliyyatlar departamenti/ Mühasibat uçotu departamenti | Mühasibatlıq, Audit və ya Maliyyə |
Hesablaşmalar departamenti | Maliyyə, Bank işi və ya Mühasibatlıq |
İnformasiya sistemləri və rəqəmsal əməliyyatlar departamenti | Kompüter elmləri, Kompüter mühəndisliyi və ya Tətbiqi riyaziyyat |
İnsan resursları departamenti | İnsan resursları, İqtisadiyyat və ya İctimai idarəetmə |
Satınalmaların idarəedilməsi departamenti | Biznesin idarə edilməsi, Satınalmaların idarəedilməsi, Maliyyə və ya İqtisadiyyat |
Hüquq şöbəsi/ İnvestisiyalarda əməliyyatlar departamenti | Hüquq |
Strateji Kommunikasiya | İctimaiyyətlə əlaqələr və kommunikasiya, Jurnalistika və media, Marketinq, Siyasi elmlər və beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi |
Strateji Planlaşdırma və Korporativ İnkişaf | Beynəlxalq münasibətlər, Sosial iş, İqtisadiyyat, Biznesin idarə edilməsi |
Proqramın müddəti: 2025-ci ilin iyun-iyul aylarını əhatə edir (ödənişsizdir)
Müraciət üçün son tarix: 4 may 2025
Seçim Mərhələləri
Tələblərə uyğun gələn namizədlər aşağıdakı seçim mərhələlərində iştirak üçün dəvət olunacaqlar:
Seçim mərhələləri ilə bağlı ətraflı məlumat tələblərə uyğun gələn namizədlərə fərdi qaydada təqdim ediləcəkdir.
Sizi Yay Təcrübə Proqramında görməkdən məmnunluq duyarıq!