oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffafliq Təşəbbüsü üzrə Komissiyanın yeni tərkibinin təstiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı (30.11.2006)

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 noyabr tarixli 224 nömrəli sərəncamının 1-ci bəndi ilə yaradılmış Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffafliq Təşəbbüsü üzrə Komissiyanın aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Mövsümov Şahmar Arif oğlu - Dövlət Neft Fondunun icraçı direktoru

Komissiyanın üzvləri:

İbrahimov Rafael Tofiq oğlu - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri

Səlimov Rauf Ağaməmməd oğlu - Dövlət Statistika Komitəsinin Sənaye, nəqliyyat və rabitə statistikası şöbəsinin müdiri

Fətizadə Zaur İntiqam oğlu - Vergilər Nazirliyinin İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi

Nəsirov Elşad Mustafa oğlu - Dövlət Neft Şirkətinin Sərmayələr və marketinq üzrə vitse-prezidenti

Qasımov Nizami Yunis oğlu - İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət və proqnozlaşdirma departamentinin fiksal və monetar siyasəti sektorunun müdiri

Hacikərimov Qazi İbadulla oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi

Xəlilov Firdovsi Ələsgər oğlu - Maliyyə Nazirliyinin Milli Iqtisadiyyatın maliyyəsi şöbəsinin yanacaq-energetika kompleksinin maliyyəsi sektorunun müdiri

Muradov Feyzulla Məzahir oğlu - Sənaye və Energetika Nazirliyinin İnvestisiya siyasəti və sənaye müəssisələrinin yenidən qurulmasi şöbəsinin regional inkişaf sektorunun müdiri

Şıxəliyev Əşrəf Fərhad oğlu - Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin rəisi

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

A.Rəsi-zadə,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 30 noyabr 2006 il № 363.