oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (27.11.2008)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamənin 5.5-ci bəndinə uyğun olaraq qərara alıram:


1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Artur Rasi-zadə- Azərbaycan Respublikasının Baş naziri

Valeh Ələsgərov- Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini

Vahid Axundov- Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri

Samir Şərifov- Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev- Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Elman Rüstəmov- Azərbaycan Respublikasının Milli Bankının İdarə heyətinin sədri

Mahmud Kərimov- Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti

2. "Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 2177 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, "27" noyabr 2008-ci il

№ 73