oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Bildiriş 07.07.2006

Bildiriş 07.07.2006

Azərbaycan Respublikası Dövlət Neft Fondu (bundan sonra- ARDNF) öz işçilərinin tibbi sığortalanması məqsədi ilə «Dövlət Satınalmaları Haqqında» Azərbaycan Respublikası Qanununun V fəsli ilə müəyyən edilmiş üsulla tibbi sığorta üzrə xidmətlərin satınalınması üçün təkliflər cəlb edir.


ARDNF-ə təkliflər vermək üçün müvafiq lisenziyası olan və tibb müəssisələri ilə müqavilələr əsasında tibbi sığorta xidmətləri göstərən sığorta şirkətlərinin səlahiyyətli nümayəndələri etibarnamə əsasında Xidmət Təklifləri Sorğusunu (bundan sonra - XTS) almaq üçün AZ 1014, Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ARDNF-ə müraciət edə bilərlər.


XTS təmənnasız və kağız üzərində tərtib edilmiş yazılı sənəd şəkilində verilir.


XTS almış sığorta şirkəti öz təkliflərini 07 iyul 2006-cı il tarixindən gec olmayaraq ARDNF-ə təqdim etməlidirlər.


XTS və digər məlumatları almaq üçün sığorta şirkətləri ARNDF-in əlaqələndirici şəxsi ilə 498-62-55, 498-77-53 (daxili 135 - Ç.B.Mustafayeva) nömrəli telefonlar və ya chemengul.m@oilfund.az ünvanlı elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərlər.


ARDNF haqqında məlumatlarla www.oilfund.az saytında tanış olmaq olar.