Azərbaycan Respublikası Dövlət Neft Fondu(ARDNF) tərəfindən İT avadanlıqları və proqram təminatı lisenziyalarının satınalınması məqsədilə 28.04.2012-ci il və 16.05.2012-ci il tarixlərdə "Xalq qəzeti"-də dərc olunmuş elanlar üzrə keçirilən 9 lotdan ibarət açıq tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və 27-ci maddələrinə əsasən təklif vermiş iddiaçıların sayı üçdən az olduğuna görə 6-cı lot üzrə tenderin davamından imtina edilmiş və tender təkliflərinin qiyməti ehtimal olunan qiymətdən əhəmiyyətli dəcədə fərqləndiyinə görə isə 2-ci və 8-ci lotlar üzrə bütün təkliflər rədd edilmişdir.