oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT-nin Azərbaycanda Tətbiqi üzrə 2011-ci ili əhatə edən ilk illik hesabat dərc edilmişdir

02 Jul 2012 15:03:53

MHŞT-nin Azərbaycanda Tətbiqi üzrə 2011-ci ili əhatə edən ilk illik hesabat dərc edilmişdir

02 Jul 2012 15:03:53

2012-ci il iyunun 29-da Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi üzrə 2011-ci ili əhatə edən ilk hesabat dərc olunmuşdur.

Təqdim olunmuş yeni hesabat MHŞT üzrə 2011-ci ildə Parisdə keçirilmiş V Qlobal Konfransda qəbul edilmiş MHŞT üzrə yeni qaydalara əsasən dərc edilmişdir. Azərbaycanda belə bir sənədin ilk dəfə tərtib edildiyi nəzərə alınaraq, 2011-ci ildə görülmüş işlərlə yanaşı hesabatda MHŞT-nin fəlsəfəsi, Azərbaycanda tətbiqi tarixi, Çoxtərəfli Qrupun fəaliyyəti, açıqlanmış 15 MHŞT hesabatının təhlili və əldə edilmiş nailiyyətlər barədə məlumatlar əks olunmuşdur. Hesabatda MHŞT iştirakçılarının — Hökumət Komissiyası, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası və Şirkətlər Qrupunun nümayəndələrinin rəyləri də verilmişdir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Xəbərlərə abunə ol