oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

17 Jul 2012 14:19:24

MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

17 Jul 2012 14:19:24

2012-ci il iyulun 17-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.

MHŞT üzrə QHT Koalisiyası MHŞT üzrə 16-cı hesabat (2011-ci il üzrə) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlamışdır. Hökumətin hesabatı, MHŞT üzrə QHT Koalisiyası və Müstəqil Mühasiblərin Rəyinin daxil olduğu yeni hesabat da iclas iştirakçılarına təqdim edilmişdir.

İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər geniş müzakirə olunmuşdur.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Xəbərlərə abunə ol