Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2012-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri7391,9milyon manat, büdcə xərcləri isə4878,1milyon manat təşkil etmişdir.
2012-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 099,8milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından7091,4milyon manat, tranzit gəlirləri 3,8 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, akrhesabı ödənişlər 2,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 milyon manat təşkil etmişdir.
Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər292,1 milyon manata bərabər olmuşdur.
HesabatdövrüərzindəNeft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində
4 592,3milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə162,5milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67,0milyon manatvəsait ayrılmışdır."Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 37,0milyon manat vəsait ayrılmışdır. 5,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci ilin ilk altı ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 14,3 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci289,2milyon manat təşkil etmişdir.
2012-ci il iyulun 1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29800,0milyon ABŞ dolları) nisbətən 9,6 % artaraq 32666,0 milyon ABŞ dollarına bərabər olmuşdur.
2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 iyul 2012-ci il tarixinə qızılın miqdarı 6 ton 847 kq (220 146 unsiya) təşkil etmişdir.