oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı direktoru Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın illik iclasında iştirak etmişdir

04 Nov 2015 08:19:29

Neft Fondunun İcraçı direktoru Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın illik iclasında iştirak etmişdir

04 Nov 2015 08:19:29

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Koreya İnvestisiya Korporasiyası tərəfindən 2015-ci il 1-3 noyabr tarixlərində Cənubi Koreyanın paytaxtı Seul şəhərində təşkil edilmiş Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masada iştirak etmişdir.

Dəyirmi Masa suveren və təqaüd fondlarının birgə investisiya üzrə əməkdaşlağı üçün yaradılmış yeni bir platformadır. Dəyirmi Masanın illik iclasında ən mühüm qlobal institutlar, aparıcı vəsaitlərin idarə edilməsi üzrə menecerlər, ən böyük suveren və təqaüd fondlarından olan 400 investor toplanır. İclasda makro-iqtisadi dəyişikliklər, birgə investisiya sahəsində menecerlər arasında səmərəli əməkdaşlıq, ən yaxşı təcrübələrin mübadiləsi kimi mövzularda müzakirələr aparılmışdır.

Görüş zamanı növbəti iclasın 2016-cı ildə ARDNF tərəfindən Bakıda təşkil olunması razılaşdırılmışdır. Növbəti iclasın təşkilatçısı olaraq Şahmar Mövsümov Dəyirmi Masanın simvolik bayrağını və sədrlik vəzifəsini ilk iclasa sədrlik etmiş Koreya İnvestisiya Korporasiyasının İcraçı direktoru və sədri, cənab Hankdan təhvil almışdır. Dəyirmi Masanın ilk iclası Şahmar Mövsümovun bu platformanın gələcək inkişaf perspektivləri ilə bağlı nitqi ilə yekunlaşmışdır.

Xəbərlərə abunə ol