11 may 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.
İclasda maraqlı tərəflərlə işbirliyinin qurulması, benefisiar sahiblik məlumatlarının açıqlanması və digər məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.