oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı direktoru Qazaxıstanda Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında iştirak edir

05 Sep 2017 16:36:00

Neft Fondunun İcraçı direktoru Qazaxıstanda Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında iştirak edir

05 Sep 2017 16:36:00

2017-ci il sentyabr ayının 5-7-də Qazaxıstanın Astana şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) illik iclası keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edir.

İclas zamanı SFBF üzvləri arasında 2016-cı ildə Yeni Zelandiyada keçirilmiş görüşdə müəyyən edilmiş öhdəliklər barəsində fikir mübadiləsinin və daxili idarəçilik məsələləri ətrafında təcrübə mübadiləsinin aparılması, investisiya və risklərin idarə edilməsi üzrə fərqli təqdimatlar, panel sessiyalarının təşkil olunması nəzərdə tutulur.

Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

Xəbərlərə abunə ol