Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsi təsdiq edildi. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq 2021-ci il büdcəsinin gəlirləri 8 001 169,1 min manat, xərcləri isə 12 249 435,5 min manat məbləğində təşkil etməsi nəzərdə tutulur.
Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:
|
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra №- si | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
3.1. | Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi | 12 200 000,0 |
3.2. | “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 20 533,6 |
3.3. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 28 901,9 |
Cəmi | 12 249 435,5 |
Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və büdcəsinin tərtibi və icrası Qaydaları ilə nəzərdə tutulmuş prosedura uyğun olaraq həyata keçirilmişdir.