oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun aktivlərinin həcmi 10 milyard ABŞ dollarını keçdi

04 Sep 2008 11:00:00

Dövlət Neft Fondunun aktivlərinin həcmi 10 milyard ABŞ dollarını keçdi

04 Sep 2008 11:00:00

Azərbaycan Respublikasının Dövlət Neft Fondu bildirir ki, Fondun aktivlərinin həcmi ilk dəfə olaraq 10 milyard ABŞ dolları səviyyəsini keçmiş və 4 sentyabr 2008-ci il tarixinə Fondun vəsaiti 10 216 milyon ABŞ dolları təşkil etmişdir.

Dövlət Neft Fondunun aktivlərinin həcminin artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin banisi olduğu milli neft strategiyasının re­al bəh­rəsidir. Möhtəşəm neft strategiyasının uğurla reallaşması ilə əlaqədar olaraq ölkənin karbohidrogen ehtiyatlarının istismarı və ixracı daha da genişlənir və bunun nəticəsi kimi cari ilin əvvəlində 2,5 milyard ABŞ dollarına bərabər olmuş Dövlət Neft Fondunun valyuta vəsaitlərinin həcmi sürətlə artaraq 10 milyard ABŞ dollarını keçmişdir. Azərbaycanın valyuta potensialının artması dövlətin iqtisadi qüdrətinin güclənməsinə, eləcə də ölkənin bütün sahələrində inkişafın, sosial-iqtisadi tərəqqinin sürətlənməsinə təkan verən mühüm amil kimi dəyərləndirilməlidir.

Xəbərlərə abunə ol