oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı Direktoru ölkəmizdə səfərdə olan ABŞ nümayəndə heyətini qəbul etmişdir

15 Jul 2008 11:00:00

Neft Fondunun İcraçı Direktoru ölkəmizdə səfərdə olan ABŞ nümayəndə heyətini qəbul etmişdir

15 Jul 2008 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2008-ci il iyulun 15-də ABŞ Ticarət və İnkişaf Agentliyinin Regional məsələlər üzrə direktoru Dan Staynı və ABŞ Dövlət Energetika Departamentinin Rusiya və Avrasiya məsələləri üzrə direktoru Lana Ekimofu qəbul etmişdir.

Görüşdə Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə olunması və xarici maliyyə bazarlarında yerləşdirilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair məsələlər, o cümlədən Azərbaycanda MHŞT-nin uğurla tətbiq edilməsi, Azərbaycan hökuməti tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilən Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamə layihəsi geniş müzakirə edilmişdir.

Görüşdə eyni zamanda ölkəmizdəki mövcud iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Xəbərlərə abunə ol