oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun icraçı direktoru Qananın Neft və Qaz üzrə milli forumunda iştirak etmişdir

27 Feb 2008 11:00:00

Neft Fondunun icraçı direktoru Qananın Neft və Qaz üzrə milli forumunda iştirak etmişdir

27 Feb 2008 11:00:00

2008-ci il fevralın 25-26-da Qananın paytaxtı Akra şəhərində Neft və Qaz üzrə milli forum keçirilmişdir. Azərbaycanın bu sahədə təcrübəsinin öyrənilməsi üçün Qana hökumətinin dəvətilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov forumda iştirak etmişdir.

Ş. Mövsümov Azərbaycanın həyata keçirdiyi uğurlu neft strategiyası, Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu və Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi barədə forum iştirakçılarına məlumat vermişdir.

Azərbaycanın həyata keçirdiyi uğurlu neft strategiyası iştirakçılar tərəfindən maraqla qarşılanmış və Azərbaycan təcrübəsinə dair Ş.Mövsümova çoxsaylı suallar ünvanlanmışdır.

Xəbərlərə abunə ol