oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

20 Oct 2009 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

20 Oct 2009 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2009-cu ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 5 465,2 milyon manat, büdcə xərcləri isə 3 954,1 milyon manat təşkil etmişdir.

2009-cu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 191,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 107,2 milyon manat, tranzit gəlirləri 6,8 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlərdən 75,6 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat, bonus ödənişləri 0,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil etmişdir.

Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 273,6 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 218,4 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində Neft Fondunun 2009-cu il büdcəsinin icrası çərçivəsində 3 685,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 69,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 92,4 milyon manat və 94,1 milyon manat vəsait ayrılmışdır. 4,1 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 3,2 milyon manat vəsait ayrılmışdır. 2009-cu ilin ilk 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 5,7 milyon manat olmuşdur.

2009-cu il oktyabrın 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 19,24% artaraq 10 716,2 milyon manata (13 337,5 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol