2009-cu il iyunun 11-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2008-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2008-ci il büdcəsinin icrası məsələlərinə baxılmışdır.
Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2008-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2008-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Deloyt ənd Tuş şirkətinin) hesabatına və rəyinə baxaraq onları məqbul hesab etmiş və Fondun 2008-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.
Baş Nazir A.Rasi-zadə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilmişdir.