Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2009-cu il mayın 29-da Rusiya Federasiyasının Tambov vilayətinin qubernatoru Oleq Betinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkədə formalaşan investisiya mühiti, dünya maliyyə bazarlarındakı mövcud vəziyyət, ölkəmizdə aparılan iqtisadi islahatlar, neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.