oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı Direktoru Türkiyə nümayəndə heyətini qəbul etmişdir

01 May 2009 11:00:00

Neft Fondunun İcraçı Direktoru Türkiyə nümayəndə heyətini qəbul etmişdir

01 May 2009 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2009-cu il mayın 1-də Türkiyə Kapital Bazarları Şurasının sədri Vedat Akgirayın rəhbərlik etdiyi və Depozitar və Hesablaşma Bankının sədri Emin Çatana, Mərkəzi Qiymətli Kağızlar Depozitarisinin baş meneceri Yakup Ergincan və Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Cahit Büyüktürkün daxil olduğu nümayəndə heyətini qəbul etmişdir.

Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanmışdır.

Görüşdə eyni zamanda Azərbaycan və Türkiyə arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, iki ölkə arasında qiymətli kağızlar bazarının inkişafına dair işgüzar əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Xəbərlərə abunə ol