2009-cu il11-12 may tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunda Fondun əməkdaşları tərəfindən yerli kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün seminar keçiriləcək.
Seminarın keçirilməsində məqsəd fəaliyyətində daim şəffaflıq məsələlərinə xüsusi önəm verən və şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlərə görə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən Neft Fondu haqqında KİV nümayəndələrinin daha geniş informasiyaya malik olmalarını təmin etmək, Fond barədə daha peşəkar məlumatların yayılmasına nail olmaq, Fondun ictimaiyyətlə əlaqələrinin inkişafına dair KİV nümayəndələrinin təkliflərinin öyrənilməsi və ictimaiyyətin Fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaqdan ibarətdir.
Seminarda KİV nümayəndələri Neft Fondu, o cümlədən suveren fondlar və maliyyə bazarlarına dair ətraflı məlumat əldə edə biləcəklər. Seminar aşağıdakı mövzuları əhatə edəcək:
Seminarda iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı sənədləri 2009-cu il mayın 10-dək Neft Fondunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə təqdim etməklə və ya jamala.aliyeva@oilfund.az poçt ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər:
Seminara dair ətraflı məlumatı Fondun internet səhifəsindəki "Mətbuat guşəsi" bölümündə yerləşdirilən KİV üçün seminar altbölməsinə daxil olmaqla və ya 4987753 (132) nömrəsinə zəng etməklə əldə etmək mümkündür.