Azərbaycanı Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 2009-cu il fevralın 16-18-də Qətərin paytaxtı Doha şəhərində keçirilən MHŞT üzrə beynəlxalq konfransda iştirak edir.
Konfransda Azərbaycanın MHŞT üzrə tam-hüquqlu üzv statusu təsdiqləndi. Bununla da Azərbaycan MHŞT üzrə namizəd statusu almış 25 ölkədən tam-hüquqlu üzv satusunu almış ilk ölkədir.