oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

12 Nov 2010 11:00:00

MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

12 Nov 2010 11:00:00

2010-cu il noyabrın 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.

Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 13-cü hesabat (2010-cu ilin ilk 6 ayı) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlamışdır.

İclasda Çoxtərəfli Qrupun üzvləri ÇQ-nin 2011-ci il üçün iş planını müzakirə edərək təsdiq etmişlər.

Eyni zamanda qeyd edildi ki, Azərbaycanda MHŞT-nin tətbiqinin ilkin mərhələsində MHŞT prosesinə inamın yaradılması məsələsindən irəli gələrək il ərzində iki (yarımillik və illik) hesabat açıqlanırdı. ÇQ mövcud şəraitdə Azərbaycanda MHŞT-nin tətbiqi sahəsində əldə edilən nailiyyətləri və MHŞT-ni tətbiq edən digər ölkələrdə yalnız illik hesabatların açıqlandığını nəzərə alaraq, MHŞT hesabatlarının əvvəlki illərdən fərqli olaraq ildə bir dəfə illik hesabat şəklində açıqlanmasına qərar vermişdir.

İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər geniş müzakirə olunmuşdur.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Xəbərlərə abunə ol