Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) risklərin ölçülməsi sistemi proqram təminatı üzrə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən keçirilmiş açıq tenderin qalibi RiskMetrics Solutions İnc. ilə 2010-cu il yanvarın 29-da müqavilə imzalamışdır.
Risklərin ölçülməsi sistemi üzrə müqavilənin dəyəri illik 160 min ABŞ dolları təşkil edir. Müqavilə 5 illik müddətə bağlanılmışdır. Sistemin həyata keçirilməsinin 6 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
RiskMetrics Solutions İnc. maliyyə təşkilatlarına risklərin ölçülməsi, korporativ idarəetmə və maliyyə təhlili sahəsində xidmət göstərən beynəlxalq nüfuzlu şirkətdir.