oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

27 Jan 2011 10:33:47

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

27 Jan 2011 10:33:47

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2010-cu ərzində Neft Fondunun büdcə gəlirləri 13 088,5 milyon manat, büdcə xərcləri isə 6 386,5milyon manat təşkil etmişdir. Fondun 2010-cu il büdcəsinin gəlir hissəsi 144,9%, xərc hissəsi isə 99,4 % yerinə yetirilmişdir.

2010-cu il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 932,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 761,1 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 158,7 milyon manat, tranzit gəlirləri 8,3 milyon manat, akrhesabı ödənişlər 1,2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,7 milyon manat, bonus ödənişləri 1,6 milyon manat təşkil etmişdir.

Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 155, 9 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində Neft Fondunun 2010-cu il büdcəsinin icrası çərçivəsində 5915,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 104,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 131,0 milyon manat və 199,6 milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 9,6 milyon manat vəsait ayrılmışdır. 12,4 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2010-cu il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 14,0 milyon manat olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri 502,7 milyon manat təşkil etmişdir.

2011-ci il yanvarın 1-ə Fondun aktivləri 2010-cu ilin əvvəlinə (14 900,4 milyon ABŞ dolları) nisbətən 52,8 % artaraq 22766,8 milyon ABŞ dollarına bərabər olmuşdur.


Xəbərlərə abunə ol