2011-ci il martın 1-də Fransanın paytaxtı Paris şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin növbəti iclası keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.
İclasda İdarə Heyətinin xüsusi qiymətləndirmə prosesindən keçmiş 6 ölkəyə (Norveç, Qırğızıstan, Nigeriya, Yəmən, Niger, Mərkəzi Afrika Respublikası) tamhüquqlu üzv statusu verilməsi qərara alınmışdır. İki yeni ölkəyə isə (Qvatemala və Trinidad və Tobaqo) namizədlik statusu verilmişdir.