“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə 30.09.2026 tarixinə məlumat
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın (Dövlət Proqramı) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən Dövlət Proqramının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti, beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları, kreditlər və qrantlar, xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi müəyyən edilmişdir.
Sərəncama əsasən Dövlət Proqramının icrası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (Nazirlik) nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu (İdarəetmə Qrupu) tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 241 nömrəli Qərarı ilə Dövlət Proqramının Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 444 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim qaydaları təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici DP_22-28_30sentyabr.pdfali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 450 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydaları təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 451 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının va təhsil səviyyələrinin seçim qaydaları təsdiq edilmişdir.
“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli 673 nömrəli Sərəncamına əsasən Dövlət Proqramına uyğun olaraq icra olunan 6 beynəlxalq ikili diplom proqramlarının (BİDP) əhatə dairəsinin genişləndirilməsi məqsədilə BİDP-lərin icrasının davam etdirilməsi, sayının 8-ə çatdırılması və ARDNF-in vəsaiti hesabına maliyyələşdirilməsi müəyyən edilmişdir.
Sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiq etmişdir:
- 2025-ci il 17 dekabr tarixli 395 nömrəli Qərarı“ ilə Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”;
- 2025-ci il 17 dekabr tarixli 396 nömrəli Qərarı“ ilə Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilmişdir (Qərara əsasən BİDP-lərin icrası İdarəetmə Qrupu tərəfindən həyata keçirilir).
Dövlət Proqramı (BİDP daxil olmaqla) çərçivəsində 30.09.2026-cı il tarixinə Elm və Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsindəki müvafiq hesablara ARDNF tərəfindən ümumilikdə 122 833,5 min manat (2007-2015 Dövlət Proqramı üzrə 1 003,4 min manat geriödəmə nəzərə alınmaqla 123 836,8 min manat) vəsait ayrılmışdır, o cümlədən:
Qeyd edilməlidir ki, ARDNF-nin 2026-cı il üzrə büdcəsində Dövlət Proqramı üzrə 7,09 milyon manat, BİDP üzrə 32,83 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.