Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı dərc edilib.
Son illər ərzində ölkəmizdə idmanın inkişafına göstərilən diqqət nəticəsində Azərbaycanın bu sahədə əldə etdiyi uğurları və bir çox beynəlxalq miqyaslı, mötəbər yarışlara ev sahibliyi etdiyini nəzərə alaraq ARDNF-nin 2016-cı il üzrə illik hesabatının dizaynı Azərbaycanda keçirilmiş beynəlxalq əhəmiyyətli idman tədbirlərinə həsr edilib.