İnvestisiya departamentinin təhlilçisi

İnvestisiya departamentinin təhlilçisi

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (Fond), 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. Fond milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.

Fond səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. Fondun investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.

Fondda İnvestisiya departamentinin təhliçisi vakansiyasına müraciət etməklə siz, təşkilatın investisiya strategiyası və portfel idarəçiliyinə töhfə vermək imkanını əldə etmiş olursunuz. Vəzifə öhdəliklərinə investisiya təkliflərinin təhlili, yoxlamanın ( due diligence) aparılması və portfelin fəaliyyətinin monitorinqi də daxildir ki, bu da Fondun Azərbaycanın suveren sərvətini davamlı şəkildə idarə etmə missiyasını dəstəkləyir.

Bu vəzifə Fondun alternativ investisiyalar (özəl səhmlər, daşınmaz əmlak və infrastruktur) üzrə investisiya imkanlarının təhlilini aparmaq və təkliflər hazırlamaq öhdəliklərini əhatə edir. Təhlilçi il ərzində 1-1.5 milyard ABŞ dolları həcmində alternativ investisiya portfelini idarə etməyə və məqbul göstəriciləri üstələyən gəlirlilik əldə etməyə yönəlmiş işlər görəcəkdir.

Siz hansı işləri görəcəksiniz? :

  • Bazar araşdırması aparmaq, trendlərini izləmək və hesabatlar təqdim etmək;
  • Fond, birbaşa və müştərək investisiya imkanlarını təhlil edərək təkliflər hazırlamaq;
  • İnvestisiya təkliflərini qiymətləndirmək və maliyyə modeli üzərində həssaslıq və ssenari təhlillərini aparmaq;
  • Pul axını proqnozlarını yaratmaq və dəqiq maliyyə modelləri qurmaq;
  • İnvestisiya portfelinin monitorinqi aparmaq və hesabatlar hazırlamaq;
  • Mövcud və potensial investisiya tərəfdaşları ilə əlaqələr qurmaq və idarə etmək.

Sizdən nə tələb olunur?:

  • Müvafiq sahədə bakalavr dərəcəsi (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, riyaziyyat və s.). Magistr dərəcəsi üstünlükdür;
  • Maliyyə modelləri qurmaq və statistik təhlil aparmaq bacarıqları, xüsusilə MS Excel-də yüksək səviyyədə işləmə bacarığı;
  • Şirkət alqı-satqıları üzrə konsultasiya xidmətləri (biznes dəyərləndirmələri, korporativ maliyyə və ya audit) şirkət və qurumların investisiya və korporativ maliyyə departamentlərində 1-3 il iş təcrübəsi;
  • Güclü analitik düşüncə və bazar/sektor araşdırma bacarıqları üstünlükdür;
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyəli bilik, rus dili arzuolunandır.
  • CFA və ya digər beynəlxalq maliyyə sertifikatları arzuolunandır.

Axtardığımız namizəd kimdir?:

Yüksək nəzəri biliklər və zəruri texniki bacarıqlara malik olan, işə sahiblənə bilən, araşdırma bacarıqları, məsuliyyət və hərəkətə meyllilik kimi keyfiyyətlərə, iş tapşırıqlarını əvvəldən axıra qədər görə bilən və nəticə əldə etməyi bacaran bir namizəd axtarırıq. Təqdimat bacarıqları, həmçinin fikirlərini səlis və asan formada ifadə etmə bacarığı üstünlükdür.

Maraqlısınız?

Güclü komandada çalışaraq investisiya sahəsində karyeranızı inkişaf etdirmək istəyirsinizsə aşağıdakı link üzrə keçid edərək işə qəbul sistemimiz vasitəsilə müraciət edin. Müraciətlər elan müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir. Tərəfimizdən yalnız uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır.

Müraciətlər 28 fevral 2025-ci il tarixinədək qəbul edilir.