Hesablaşmalar departamentinin mütəxəssisi
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF), 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. Fond milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.
ARDNF səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. Fondun investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.
Hesablaşmalar departamentinin mütəxəssisi vəzifəsinə müraciət etməklə siz öyrənmə imkanlarını təmin edən peşəkar mühitdə çalışma fürsətini əldə edirsiniz. Vəzifə öhdəliklərinə maliyyə əməliyyatlarının verifikasiyası, müfəssəl hesabatların hazırlanması və investisiya uçotunun aparılması daxildir.
Bu vəzifənin əsas məqsədi investisiya portfeli ilə bağlı əqdlərin verifikasiyasını, hesablaşmasını və tutuşdurulmasını həyata keçirməkdir. Namizəd, təşkilatın daxili siyasət və prosedurlarına, eləcə də yerli və beynəlxalq maliyyə tənzimləmələrinə uyğun olaraq fəaliyyət göstərəcəkdir.
Siz hansı işləri görəcəksiniz:
Sizdən nə tələb olunur:
Axtardığımız namizəd kimdir:
Biz tapşırıqları məsuliyyətlə yerinə yetirməyə hazır olan , aydın təqdimat və komandada işləməyi bacaran bir namizəd axtarırıq. Analitik düşüncə, detallara xüsusi diqqət, təşəbbüskarlıq və stress hallarında da düzgün qərarlar vermək kimi xüsusiyyətlərə malik olmaq bu vəzifədə uğur qazanmaq üçün vacib amillərdəndir.
Maraqlısınız?
Aşağıdakı link üzrə keçid edərək işə qəbul sistemimiz vasitəsilə müraciət etməyinizi xahiş edirik. Müraciətlər elan müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir. Tərəfimizdən yalnız tələblərə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
Müraciətlər 7 mart 2025-cü il tarixinədək qəbul edilir.