Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı (31.03.2025)
Ölkənin sürətli inkişaf üçün zəruri olan müasir bacarıqlara malik insan kapitalının yaradılması, bu çərçivədə istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin davam etdirilməsi məqsədilə “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 30.09.2021-ci il tarixli 2931 nömrəli Sərəncamı (Sərəncam) ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın layihəsinin hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır.
Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28.02.2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” (Dövlət Proqramı) təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12.08.2024-cü il tarixli 248 nömrəli Sərəncamı ilə bu dövlət proqramının adı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” (Dövlət Proqramı) adı ilə əvəz edilmişdir.
Dövlət Proqramına əsasən
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq Nazirlik tərəfindən proqramın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı hazırlanmış, Nazirlər Kabinetinin müvafiq qərarları ilə xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirməsi və xaricdə təhsil alacaq gənclərin seçim qaydaları təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.06.2022-ci il tarixli 217 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda” təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.06.2022-ci il tarixli 218 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi Qaydası təsdiq edilmişdir.
Hər növbəti tədris ili üçün ildə bir dəfə proqramın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı Elm və Təhsil Nazirinin əmri ilə təsdiq edildikdən sonra ictimaiyyətə təqdim edilir.
Bu normativ sənədlərə əsasən, xaricdə təhsil almaq hüququ qazanmış namizədlərin Dövlət Proqramına qəbulu Elm və Təhsil Nazirinin əmri ilə təsdiq edilir və nəticədə Nazirlik ilə tələbə arasında təhsilinin maliyyələşdirilməsinə dair müvafiq müqavilə bağlanılır.
2024-cü ildə Dövlət Proqramına elan edilmiş sənəd qəbulunun və keçirilən müsahibələrin nəticəsində Sərəncamda edilmiş dəyişikliyə əsasən müəyyən edilən 500 nəfərədək kvota sayına qarşı Nazirliyinin müvafiq əmrləri ilə ümumilikdə 500 nəfər Azərbaycan vətəndaşı (bundan sonra – proqram iştirakçısı), bundan 125 nəfər bakalavriat, 375 nəfər magistratura təhsil pillələri üzrə proqrama qəbul olmuş və bununla da kvota 100% yerinə yetirilmişdir.
Dövlət Proqramı çərçivəsində 31.03.2025-ci il tarixə qədər Nazirliyin sifarişləri əsasında Dövlət Xəzinədarlıq Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsindəki müvafiq hesablara ARDNF tərəfindən ümümilikdə 111 827,4 manat, o cümlədən cari ilin 1-ci rübü ərzində 14 920,5 min manat vəsait ayrılmışdır.
ARDNF-nin 2025-ci il üzrə təsdiq edilmiş büdcəsində Dövlət Proqramı üzrə 90 786,0 min manat vəsaitin ayrılması təsdiq edilmiş və 2025-ci ilin 1-ci rübü üzrə layihə 16,4% icra edilmişdir.
Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və bakalavr üzrə təhsili maliyyələşdirilmiş tələbələrin ölkələr və təhsilinin prioritet sahələri üzrə 31.03.2025-ci il tarixinə olan məlumat