oil fund
  • EN
  • Fond
  • İnvestisiyalar
  • Layihələr
  • Hesabat və Statistika
  • Fond haqqında
    • Tarix
    • Xronologiya
    • Missiya və məqsəd
    • Dəyərlər
    • Mükafatlar
    • Terminlər
    • İnzibati bina
    • Loqo
    • Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ) prinsipləri
  • İdarəetmə
    • Ümumi məlumat
    • Müşahidə Şurası
    • İcraçı direktor
    • İcraçı direktorun müavini
    • İcraçı direktorun müavini
    • Əvvəlki rəhbərlik
    • Təşkilati struktur
    • Əsasnamələr
    • Etik davranış qaydaları
  • Beynəlxalq əlaqələr
    • Ümumi məlumat
    • Beynəlxalq təşkilatlarla əməkdaşlıq
    • Benefisiar sahiblik
    • Suveren Fondların Beynəlxalq Forumu
    • Santyaqo prinsipləri
  • Hüquqi sənədlər
    • ARDNF-nin fəaliyyətinə dair
    • ARDNF-nin büdcəsinə dair
    • Dövlət büdcəsinə dair
    • Digər sənədlər
  • Mətbuat guşəsi
    • İctimaiyyətlə əlaqələr
    • İnformasiya siyasəti
    • Xəbərlər arxivi
    • Çıxış və təqdimatlar
    • Foto və videolar
    • Mətbuat güzgüsündə
    • Elanlar
    • Sual-cavab
    • Faydalı linklər
    • Müsabiqə
  • Karyera imkanları
    • Nəyə görə ARDNF?
    • ARDNF-də işləyərkən
    • Təcrübə proqramı
    • Təcrübə keçənlərin təəssüratları
    • Vakansiya
  • Ümumi məlumat
  • İnvestisiya siyasəti
  • Xarici menecerlər
  • Qızıl
  • Daşınmaz əmlak
  • Rüblük investisiya nəticələri
  • Son rəqəmlər
  • Büdcə məlumatları
  • Hesabat arxivi
oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Xəzər dənizində yeni, müasir, üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

Xəzər dənizində yeni, müasir, üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə daxil edilən digər bir layihə altıncı nəsil yarımbatan qazma qurğusunun tikintisinin maliyyələşdirilməsi layihəsidir. Son vaxtlar Xəzər dənizində işləyən şirkətlər kəşfiyyat və hasilat quyularının qazılması üçün üzən qurğuların çatışmazlığı ilə üzləşiblər. Belə qurğulara həm mövcud, həm də imzalanması planlaşdırılan Hasilatın Pay Bölgüsü Sazişləri üzrə yataqların irimiqyaslı və dərin hissələrində işlənməsinə ehtiyac var. Görüləcək bütün iş həcmini yerinə yetirmək üçün mövcud qurğuların kifayət etməməsi səbəbindən, yeni kəşfiyyat quyularının qazılması üçün ən yeni və müasir qazma qurğularına ehtiyac duyulur.

Üzən qazma qurğusunun tikintisi məqsədilə 10% Dövlət Neft Şirkətinə, 90% Kaspian Drillinq Kompany limited MMC-yə (“KDK” MMC) məxsus Socar Rig Assets MMC yaradılmışdır. ARDNF ilə “KDK” MMC arasında 5 iyul 2013-cü il tarixində imzalanmış nizamnamə paylarının alqı-satqısı müqaviləsinə əsasən Socar Rig Assets MMC-nin 90%-lik payı üzərində sahiblik hüququ ARDNF-yə keçmişdir.

Socar Rig Assets MMC-nin fəaliyyətinə nəzarət ARDNF-dən bir nəfər və Dövlət Neft Şirkətindən bir nəfər olmaqla ümumilikdə iki nəfərdən ibarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının Qərarına əsasən Socar Rig Assets MMC-nin adı dəyişilərək “Azerbaijan Rigs” MMC adlandırılmışdır. “Azerbaijan Rigs” MMC-nin nizamnamə kapitalının alınması investisiya layihəsi olaraq ARDNF-nin investisiya portfelinə daxil edilir.

Layihə büdcəsinin maksimum həddi 1 116,7 milyon ABŞ dolları (1 005,0 milyon ABŞ dolları – ARDNF-nin payı) təşkil edir. Ümumi olaraq ARDNF tərəfindən layihəyə 904,6 milyon ABŞ dolları vəsait ayrılmışdır və layihənin tikintisi 2018-ci ilin fevral ayında başa çatdırılmışdır.

  • Facebook
  • Twitter
  • Email
  • Xəbərlər arxivi
  • Sual-cavab
  • Faydalı linklər
  • Məsuliyyət həddi
  • Saytın xəritəsi
  • Abunə yazılışı
  • Əlaqə

ABUNƏ YAZILIŞI