Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilmişdir. ARDNF-nin İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 15%-ə qədəri qızıla investisiya edilə bilər.
2024-cü ilin birinci rübü ərzində ARDNF-nin qızıl alt portfeli artaraq 31 mart 2024-cü il tarixinə 104,6 ton (3 362 974,8 troya unsiyası) təşkil etmişdir.
Alınmış qızılın Azərbaycana gətirilməsi Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən həyata keçirilir.
Gətirilmiş qızıl ARDNF-nin yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün nəzərdə tutulmuş xəzinədə yerləşdirilmişdir.