oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Ümumi məlumat

Ümumi məlumat

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, 2001-ci il 21 dekabr tarixli 607 nömrəli, 2005-ci il 1 mart tarixli 202 nömrəli, 2010-cu il 10 fevral tarixli 216 nömrəli, 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli, 2017-ci il 12 may tarixli 1376 nömrəli və 2018-ci il 28 dekabr tarixli 450 nömrəli Fərmanlarına əsasən edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə illik əsasda təsdiq olunan "Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti"nə əsasən idarə olunur.

ARDNF-nin valyuta vəsaitlərinin bu qaydalara uyğun olaraq idarə edilməsi Fondun valyuta vəsaitlərinin təhlükəsiz saxlanılması və səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması məqsədlərini daşıyır.

İnvestisiya siyasəti ARDNF-nin investisiya portfelinin hədəflərini, proqnozlaşdırılan həcmini, valyuta tərkibini, vəsaitlərin strateji bölgüsünü, hədəf gəlirliliyi (bençmark) və bir sıra risk hədəflərini müəyyən edir.

ARDNF-nin uzunmüddətli hədəflərinə uyğun olaraq, portfelin investisiya alətlərinə görə bölgüsü illik əsasda nəzərdən keçirilir və təsdiqlənir.