“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin idarə edilməsi və sifarişçisi funksiyalarının icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin (ARNK) 24 fevral 2006-cı il tarixli 42s saylı Sərəncamına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (AMST ASC) tapşırılmışdır. Layihənin idarə edilməsini təmin etmək məqsədilə ARNK-nın 23 dekabr 2005-ci il tarixli 411s saylı Sərəncamına əsasən işçi qrup yaradılmışdır.
“Samur-Abşeron kanalı sistemi üzrə Uzunmüddətli Strategiya və Texniki-İqtisadi Əsaslandırma” 2004-cü ildə Yaponiyanın "Nippon Koei" və yerli "Sulako" şirkətləri tərəfindən hazırlanmışdır.
2006-2018-ci illərdə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə dair imzalanmış müqavilələr üzrə ümumilikdə 1 469,6 milyon manat vəsait istifadə olunmuşdur.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin tikintisi çərçivəsində ümumilikdə ''AMST'' ASC-nin sifarişi əsasında aşağıdakı işlər həyata keçirilməkdədir:
1-ci mərhələ:
1. Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birgə tikintisi
Bu obyekt üzrə ümumilikdə 564,7 milyon manat, o cümlədən, “Texniki və tender sənədlərinin hazırlanması” işləri üçün 0,1 milyon manat, “Kompensasiyaların ödənilməsi” üçün 2,4 milyon manat, “Yanaşma yollarının tikintisi” məqsədilə 7,99 milyon manat, “Tikinti zolağına düşən ərazidə məskunlaşmış əhalinin köçürülməsi” üçün Şabran (Dəvəçi) rayonunun Güləmli qəsəbəsində 70 evin tikintisi məqsədilə 1,5 milyon manat, “Tikinti zolağına düşən neft və qaz kəmərinin köçürülməsi” işləri üzrə 20,0 milyon manat və “Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisi” obyekti üzrə 532,7 milyon manat məbləğində vəsait tam istifadə olunmuşdur.
2. Taxtakörpü-Ceyranbatan kanalının tikintisi
Bu obyekt üzrə ümumilikdə 406,2 milyon manat, o cümlədən “Texniki və tender sənədlərinin hazırlanması” işləri üzrə 1,7 milyon manat, “Kompensasiyaların ödənilməsi” məqsədilə 2,8 milyon manat və “Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” obyekti üzrə 401,7 milyon manat məbləğində vəsait tam istifadə olunmuşdur.
3. Vəlvələçay-Taxtakörpü kanalının tikintisi
Bu obyekt üzrə Azərbaycan Respublikası hökuməti ilə İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf və OPEC Beynəlxalq İnkişaf Fondları arasında 42,6 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanmış, 2009-cu ilin 4-cü rübündən etibarən Vəlvələçay-Taxtakörpü kanalının bir hissəsinin tikintisi ARDNF tərəfindən maliyyələşdirilməyə başlanılmışdır. ARDNF tərəfindən bu obyektin tikintisinə 167,0 milyon ABŞ dolları məbləğində vəsait ayrılmış və tam istifadə olunmuşdur.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Tахtаkörpü su аnbаrı, Vəlvələçаy-Tахtаkörpü və Tахtаkörpü-Cеyrаnbаtаn kаnаllаrının tikintisi bаşа çаtdırılmış və AR Prеzidеntinin iştirаkı ilə 28 sеntyаbr 2013-cü il tаriхində açılış mərаsimi оlmuşdur. “AMST” ASC-nin 08 may 2014-cü il tarixli 019Ü saylı əmri ilə Dövlət qəbul komissiyası yaradılmış və Komissiyanın 12 noyabr 2014-cü il tarixli aktı ilə Taxtakörpü su anbarı su elektrik stansiyası ilə birgə tikintisi obyekti, Taxtakörpü su anbarına yanaşma avtomobil yollarının tikintisi, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanalları istismara qəbul edilmişdir.
2-ci mərhələ:
4. Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi obyekti
Son illərdə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin vacib mərhələlərindən olan şimal bölgəsindəki altı dağ çayı (Qusarçay, Qudyalçay, Caqacuqçay, Ağçay, Quruçay və Qaraçay) üzərində sugötürücü qurğu və nəqledici kanalların tikintisinə tələbat yaranmış, Samur çayının su ehtiyatlarının azalması ilə əlaqədar Qaraçay və digər çaylarda sugötürücü qurğuların və nəqledici kanalların tikintisinin təxirə salınmadan başlanması zərurətə çevrilmiş, üç çay (Qusarçay, Qudyalçay və Caqacuqçay) üzrə tikinti işləri 2017-ci ildə Dövlət Neft Fondunun vəsaiti hesabına başa çatdırılmışdır.
4.1. Texniki və tender sənədlərinin hazırlanması
Bu obyekt üzrə işçi-layihə və tender sənədlərinin hazırlanması işlərinin satınalınmasına dair “AMST” ASC və Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri ilə 30.10.2013 tarixində 3,4 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə vəsait tam istifadə olunmuşdur.
4.2.Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi (1-ci növbə üzrə Qusarçay, Qudyalçay və Caqacuq çayları) obyekti
Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC və “Evrascon” ASC ilə 30.06.2014 tarixində 56,3 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə ümumilikdə 53,1 milyon manat vəsait istifadə olunmuşdur.
4.3. “Şimal çaylarında sugötürücü qurğuların və nəqledici kanalların tikintisi” (Qaraçay çayı üzrə) obyekti
Bu obyekt üzrə “AMST” ASC və “Körpü-Bina-Tikinti” MMC ilə 02.07.2018 tarixdə 18,9 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə cari ilin 4-cü rübündə ümumilikdə 18,0 milyon manat vəsait istifadə olunmuşdur.
5. Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi obyekti
5.1. Texniki və tender sənədlərinin hazırlanması
15.04.2014-cü il tarixində “AMST” ASC və Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri ilə “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyekti üzrə işçi-layihə və tender sənədlərinin hazırlanması işlərinin satınalınmasına dair 8,95 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə vəsait tam istifadə olunmuşdur.
5.2. Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi və SAK sisteminə birləşdirici kanalın tikintisi
Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC və “Evrascon” ASC ilə 12.11.2014 tarixində 89,4 milyon manat məbləğində müqavilə imzalanmışdır. 10.07.2018 tarixində müqavilə dəyəri 91,3 milyon manatadək artırılmışdır. Bu müqavilə üzrə ümumilikdə 78,5 milyon manat, cari il ərzində 4,0 milyon manat vəsait istifadə olunmuşdur.
5.3. Siyəzən rayonunun ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi
Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC və “Körpü-Bina-Tikinti” MMC ilə 14.01.2015 tarixində 6,86 milyon manat (1-ci mərhələ) və 04.07.2015 tarixində 61,3 milyon manat (2-ci mərhələ) məbləğində müqavilələr imzalanmışdır. Birinci mərhələ üzrə işlər 02.09.2016 tarixində başa çatdırılmışdır. 2-ci mərhələ üzrə müqavilə dəyəri 67,4 milyon manatadək artırılmışdır. Bu müqavilə üzrə ümumilikdə 67,4 milyon manat, cari il ərzində 902,6 min manat vəsait tikinti-quraşdırma işlərinəistifadə olunmuşdur.
5.4.Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi layihəsinə daxil olan SAK sisteminin qidalandırıcı-birləşdirici kanalın tikintisi” obyekti
Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC ilə “Evrascon” ASC arasında 14.08.2015 tarixində 4,7 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə ümumilikdə 4,4 milyon manat istifadə olunmuşdur. Bu müqavilə üzrə cari il ərzində ödəniş olmamışdır.
5.5.Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi və Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi obyektlərinin tikintisinə məsləhətçi xidmətlərinin yerinə yetirilməsi
Bu işlərin satın alınmasına dair “AMST” ASC ilə Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri Anonim Şirkəti arasında 27.08.2014 tarixdə 3,2 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə ümumilikdə 2,1 milyon manat, o cümlədən cari il ərzində 0,7 milyon manat vəsait istifadə olunmuşdur.
5.6. Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi (Şabran rayonu üzrə) obyekti
Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC ilə “Azneftmaş” ASC arasında 09.09.2016 tarixində 228,4 milyon manat məbləğində müqavilə imzalanmışdır. 27.07.2018 tarixində müqavilə dəyəri 251 milyon manatadək artırılmışdır. Bu müqavilə üzrə ümumilikdə 107,9 milyon manat, o cümlədən cari il ərzində 54,8 milyon manat vəsait istifadə olunmuşdur.
5.7. Xızı rayonunun ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi və SAK sisteminə birləşdirici kanalın tikintisi (əlavə meliorativ təqdbirlər) obyekti
Bu obyekt üzrə işlərin satınalınmasına dair “Evrascon” ASC ilə “Avro-Asiya İnşaat Korporasiyası” ASC arasında 28.07.2016 tarixində 9,9 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə ümumilikdə 9,4 milyon manat, cari il ərzində 7,0 milyon manat vəsait istifadə olunmuşdur.
6. Layihənin İşçi Qrupunun saxlanılması
Bu günə qədər layihəni idarə edən işçi qrupunun saxlanılması üçün ümumilikdə 5,2 milyon manat, o cümlədən cari il ərzində 477,2 min manat məbləğində vəsait ayrılmışdır.