oil fund

STATE OIL FUND OF THE REPUBLIC OF AZERBAIJAN

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı

13 Nov 2003 11:00:00

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı

13 Nov 2003 11:00:00

SƏRƏNCAM

N224

Bakı şəhəri, «13»noyabr 2003-cü il

2003-cü il 17 iyun tarixində London şəhərində keçirilmiş Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (bunda sonra - MHŞT) qoşulduğunu nəzərə alaraq və bununla bağlı Azərbaycan Respublikası hökümətinin üzərinə düşən öhdəliklərin həyata keçirilməsini təmin etmək məqsədi ilə:

I. Azərbaycan Respublikasının MHŞT-yə qoşulması ilə bağlı tədbirləri həyata keçirmək məqsədi ilə MHŞT üzrə Komissiya (bundan sonra Komissiya) aşağıdakı tərkibdə yaradılsın:

Komissiyanın sədri:

Şərifov Samir Rauf oğlu - Dövlət Neft Fondunun icraçı direktoru

Komissiyanın üzvləri:

İbrahimov Rafael Tofiq oğlu - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri;

Səlimov Rauf Ağaməmməd oğlu- Dövlət Statistika Komitəsinin Sənaye, nəqliyyat və rabitə statistikası şöbəsinin müdiri;

Fətizadə Zaur İntiqam oğlu - Vergilər Nazirliyi yanında İri vergi ödəyiciləri ilə iş üzrə departamentin bəyannamələr idarəsinin xüsusi vergi rejimli müəssisələr ilə iş üzrə şöbəsinin rəisi;

Nəsirov Elşad Mustafa oğlu - Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsinin rəisi;

Qasımov Nizami Yunis oğlu - İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət və proqnozlaşdırma departamentinin fiksal və monetar siyasəti şöbəsinin rəisi;

Musayev Şahbəddin Cabbar oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat idarəsinin rəisi

Zeynalova Nərgiz Mirəziz qızı - Maliyyə Nazirliyinin milli iqtisadiyyatın maliyyəsi şöbəsinin istehsal sahələrinin və investisiyanın maliyyəsi sektorunun müdiri;

Vəzirov Süleyman Ənvər oğlu - Yanacaq və Energetika Nazirliyinin Baş iqtisadiyyat idarəsi rəisinin müavini;

Şıxəliyev Əşrəf Fərhad oğlu - Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin şöbə müdiri

II. Komissiyaya tapşırılsın ki:

1) Azərbaycan Respublikasında mineral ehtiyatların istismarı ilə məşğul əlaqədar dövlət orqanlarının daxilolmaları, dövlət şirkətləri və digər dövlət mülkiyyətində olan qurumlar tərəfindən əldə edilən gəlirləri (xarici və milli şirkətlərin ödənişləri hesabına əldə olunan gəlirlər daxil olmaqla) barədə hesabatın təqdim edilməsi formasını və müddətlərini müəyyən etsin, hesabatların toplanmasını təmin etsin.

2)toplanmış məlumatlar əsasında MHŞT-nin iştirakçıları tərəfindən razılaşdırılmış hesabat formatına uyğun olaraq vahid ümumölkə hesabatını tərtib etsin, onun mütəmadi şəkildə mətbuatda dərc edilməsini təmin etsin, hesabatların tərtib edilməsi prosesində Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə və MHŞT-nin əlaqələndirici ofisi olan Birləşmiş Krallığın Beynəlxalq İnkişaf üzrə Nazirliyi ilə müvafiq əlaqələndirməni həyata keçirsin.

3) Komissiyanın fəaliyyəti barədə məlumatların ictimaiyyətə çatdırılması məqsədi ilə Komissiyanın internet saytını yaratsın, digər zəruri tədbirləri həyata keçirsin.

III. Azərbaycan Respublikasının aidiyyatı nazirlikləri, komitə və dövlət şirkətləri mineral ehtiyatlarının istismarından əldə olunan gəlirlər barədə hesabatların hazırlanması ilə əlaqədar Komissiyanın sorğularına tam və vaxtında cavab verilməsi və vəzifələrin yerinə yetirilməsində zəruri kömək göstərsinlər.

IV. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş Naziri

A. Rasi-zadə

Subscribe to our News