oil fund
  • EN
  • Fond
  • İnvestisiyalar
  • Layihələr
  • Hesabat və Statistika
  • Fond haqqında
    • Tarix
    • Xronologiya
    • Missiya və məqsəd
    • Dəyərlər
    • Mükafatlar
    • Terminlər
    • İnzibati bina
    • Loqo
  • İdarəetmə
    • Ümumi məlumat
    • Müşahidə Şurası
    • İcraçı direktor
    • İcraçı direktorun müavini
    • İcraçı direktorun müşaviri
    • İcraçı direktorun müşaviri
    • Əvvəlki rəhbərlik
    • Təşkilati struktur
    • Əsasnamələr
    • Etik davranış qaydaları
  • Beynəlxalq əlaqələr
    • Ümumi məlumat
    • Beynəlxalq təşkilatlarla əməkdaşlıq
    • Benefisiar sahiblik
    • Suveren Fondların Beynəlxalq Forumu
    • Santyaqo prinsipləri
  • Hüquqi sənədlər
    • ARDNF-nin fəaliyyətinə dair
    • ARDNF-nin büdcəsinə dair
    • Dövlət büdcəsinə dair
    • Digər sənədlər
  • Mətbuat guşəsi
    • İctimaiyyətlə əlaqələr
    • İnformasiya siyasəti
    • Xəbərlər arxivi
    • Çıxış və təqdimatlar
    • Foto və videolar
    • Mətbuat güzgüsündə
    • Elanlar
    • Sual-cavab
    • Faydalı linklər
    • Müsabiqə
  • Karyera imkanları
    • Nəyə görə ARDNF?
    • ARDNF-də işləyərkən
    • Təcrübə proqramı
    • Təcrübə keçənlərin təəssüratları
    • Vakansiya
  • Impact Investing Conference
    • -
    • -
  • Ümumi məlumat
  • İnvestisiya siyasəti
  • Xarici menecerlər
  • Qızıl
  • Daşınmaz əmlak
  • Rüblük investisiya nəticələri
  • Son rəqəmlər
  • Büdcə məlumatları
  • Hesabat arxivi
oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı

2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə 31.12.2022 tarixinə məlumat

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın (Dövlət Proqramı) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il 711 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən Dövlət Proqramının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti, beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları, kreditlər və qrantlar, xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi müəyyən edilmişdir.

Sərəncama əsasən Dövlət Proqramının icrası Azərbaycan Respublikası Təhsil Nazirliyinin (Nazirlik) nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu (İdarəetmə Qrupu) tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 241 nömrəli Qərarı ilə Dövlət Proqramının Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 444 nömrəli Qərarıilə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim qaydaları təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarıilə Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 450 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydaları təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 451 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının va təhsil səviyyələrinin seçim qaydaları təsdiq edilmişdir.

Dövlət Proqramı çərçivəsində 31.12.2022-ci il tarixinə AR Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Xəzinədarləq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsindəki müvafiq hesablara ARDNF tərəfindən ümümilikdə 36,515.3 min manat vəsait ayrılmışdır, o cümlədən:

  • İdarəetmə Qrupunun 2020-2022-ci illərdə təsdiq edilmiş xərclər smetaları üzrə ümumilikdə 761,7 min manat (cari il üzrə 338,7 min manat);
  • Azərbaycan vətəndaşlarının xaricdə doktorantura üzrə təhsilinin maliyyələşdirilməsi üçün 2020-2022-ci illərdə 11,784.2 min manat (cari il üzrə 7,166.4 min manat, ayrılmış vəsaitlər təhsil alanların yaşayış, təhsil, viza, sığorta, qeydiyyat, yol və bank xərclərinin ödənilməsinə yönəldilmişdir);
  • Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə 2020-2022-ci illərdə 23,969.4 min manat (cari il üzrə 14,698.1 min manat).

Qeyd edilməlidir ki, Layihə üzrə ARDNF-nin 2022-ci il üzrə büdcəsində 27,8 mln. manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura üzrə təhsili maliyyələşdirilmiş doktorantların ölkələr və təhsilinin prioritet sahələri üzrə 31.12.2022-ci il tarixinə olan məlumat


  • Facebook
  • Twitter
  • Email
  • Xəbərlər arxivi
  • Sual-cavab
  • Faydalı linklər
  • Məsuliyyət həddi
  • Saytın xəritəsi
  • Abunə yazılışı
  • Əlaqə

ABUNƏ YAZILIŞI