oil fund
  • EN
  • Fond
  • İnvestisiyalar
  • Layihələr
  • Hesabat və Statistika
  • Fond haqqında
    • Tarix
    • Xronologiya
    • Missiya və məqsəd
    • Dəyərlər
    • Mükafatlar
    • Terminlər
    • İnzibati bina
    • Loqo
  • İdarəetmə
    • Ümumi məlumat
    • Müşahidə Şurası
    • İcraçı direktor
    • İcraçı direktorun müavini
    • İcraçı direktorun müşaviri
    • İcraçı direktorun müşaviri
    • Əvvəlki rəhbərlik
    • Təşkilati struktur
    • Əsasnamələr
    • Etik davranış qaydaları
  • Beynəlxalq əlaqələr
    • Ümumi məlumat
    • Beynəlxalq təşkilatlarla əməkdaşlıq
    • Benefisiar sahiblik
    • Suveren Fondların Beynəlxalq Forumu
    • Santyaqo prinsipləri
  • Hüquqi sənədlər
    • ARDNF-nin fəaliyyətinə dair
    • ARDNF-nin büdcəsinə dair
    • Dövlət büdcəsinə dair
    • Digər sənədlər
  • Mətbuat guşəsi
    • İctimaiyyətlə əlaqələr
    • İnformasiya siyasəti
    • Xəbərlər arxivi
    • Çıxış və təqdimatlar
    • Foto və videolar
    • Mətbuat güzgüsündə
    • Elanlar
    • Sual-cavab
    • Faydalı linklər
    • Müsabiqə
  • Karyera imkanları
    • Nəyə görə ARDNF?
    • ARDNF-də işləyərkən
    • Təcrübə proqramı
    • Təcrübə keçənlərin təəssüratları
    • Vakansiya
  • Impact Investing Conference
    • -
    • -
  • Ümumi məlumat
  • İnvestisiya siyasəti
  • Xarici menecerlər
  • Qızıl
  • Daşınmaz əmlak
  • Rüblük investisiya nəticələri
  • Son rəqəmlər
  • Büdcə məlumatları
  • Hesabat arxivi
oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı (31.03.2023)

Ölkənin sürətli inkişaf üçün zəruri olan müasir bacarıqlara malik insan kapitalının yaradılması, bu çərçivədə istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin davam etdirilməsi məqsədilə “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 30.09.2021-ci il tarixli 2931 nömrəli Sərəncamı (Sərəncam) ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın layihəsinin hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır.

Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28.02.2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” (Dövlət Proqramı) təsdiq edilmişdir.

Dövlət Proqramına əsasən

  • proqramda nəzərədə tutulan tədbirlərin icrasının maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti, beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları, kreditlər və qrantlar, xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir,
  • proqramın icrasına nəzarət Azərbaycan Respublikası Təhsil Nazirliyi (Nazirlik) nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu vasitəsi ilə Nazirlik tərəfindən həyata keçirilir,
  • proqramın icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təsdiq edilmişdir,
  • gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alacaqları ixtisas sahələrinin ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğunluğunun təmin edilməsi üçün prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilmişdir.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq Nazirlik tərəfindən proqramın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı hazırlanmış, Nazirlər Kabinetinin müvafiq qərarları ilə xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirməsi və xaricdə təhsil alacaq gənclərin seçim qaydaları təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.06.2022-ci il tarixli 217 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.06.2022-ci il tarixli 218 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi Qaydası təsdiq edilmişdir.

Bu qaydalara əsasən xaricdə təhsil almaq hüququ qazanmış namizədlərin Dövlət Proqramına qəbulu Elm və Təhsil Nazirinin əmri ilə təsdiq edilir.

Dövlət Proqramı çərçivəsində 31.03.2023-cü il tarixinə Elm və Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsindəki müvafiq hesablara ARDNF tərəfindən ümümilikdə 17,197.0 min manat, o cümlədən cari ilin 1-ci rübü üzrə 1,960.7 min manat vəsait ayrılmışdır.

ARDNF-in 2023-cü il üzrə təsdiq edilmiş büdcəsində Dövlət Proqramı üzrə 36,720.0 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və bakalavr üzrə təhsili maliyyələşdirilmiş tələbələrin ölkələr və təhsilinin prioritet sahələri üzrə 31.03.2023-cü il tarixinə olan məlumat


  • Facebook
  • Twitter
  • Email
  • Xəbərlər arxivi
  • Sual-cavab
  • Faydalı linklər
  • Məsuliyyət həddi
  • Saytın xəritəsi
  • Abunə yazılışı
  • Əlaqə

ABUNƏ YAZILIŞI