oil fund
  • EN
  • Fond
  • İnvestisiyalar
  • Layihələr
  • Hesabat və Statistika
  • Fond haqqında
    • Tarix
    • Xronologiya
    • Missiya və məqsəd
    • Dəyərlər
    • Mükafatlar
    • Terminlər
    • İnzibati bina
    • Loqo
    • Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ) prinsipləri
  • İdarəetmə
    • Ümumi məlumat
    • Müşahidə Şurası
    • İcraçı direktor
    • İcraçı direktorun müavini
    • İcraçı direktorun müavini
    • Əvvəlki rəhbərlik
    • Təşkilati struktur
    • Əsasnamələr
    • Etik davranış qaydaları
  • Beynəlxalq əlaqələr
    • Ümumi məlumat
    • Beynəlxalq təşkilatlarla əməkdaşlıq
    • Benefisiar sahiblik
    • Suveren Fondların Beynəlxalq Forumu
    • Santyaqo prinsipləri
  • Hüquqi sənədlər
    • ARDNF-nin fəaliyyətinə dair
    • ARDNF-nin büdcəsinə dair
    • Dövlət büdcəsinə dair
    • Digər sənədlər
  • Mətbuat guşəsi
    • İctimaiyyətlə əlaqələr
    • İnformasiya siyasəti
    • Xəbərlər arxivi
    • Çıxış və təqdimatlar
    • Foto və videolar
    • Mətbuat güzgüsündə
    • Elanlar
    • Sual-cavab
    • Faydalı linklər
    • Müsabiqə
  • Karyera imkanları
    • Nəyə görə ARDNF?
    • ARDNF-də işləyərkən
    • Təcrübə proqramı
    • Təcrübə keçənlərin təəssüratları
    • Vakansiya
  • Ümumi məlumat
  • İnvestisiya siyasəti
  • Xarici menecerlər
  • Qızıl
  • Daşınmaz əmlak
  • Rüblük investisiya nəticələri
  • Son rəqəmlər
  • Büdcə məlumatları
  • Hesabat arxivi
oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması

Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması

Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər, Göyçay, Ucar və Kürdəmir və Samux rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Pirallahı, Sabunçu və Abşeron və Binəqədi rayonlarında habelə, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı, Kürdəxanı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilmişdir.

Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilmiş və müvafiq qaydada əsaslandırılmış sifarişləri əsasında Dövlət Neft Fondu tərəfindən adı çəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir. Məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış edir. Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin edir, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil edir və əlaqələndirir.

30.12.2020 tarixinə bu layihə üzrə tədbirlərin maliyyələşdirilməsi üçün Fonddan ümumilikdə 2 702,7 milyon manat, o cümlədən cari il ərzində 200 milyon manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamların icrasına uyğun olaraq salınmış qəsəbələrdə tikintisi tamamlanmış evlər, sosial-mədəni və infrastruktur obyektlər üzrə 31.03.2021 tarixinə olan məlumat

*320 yarımçıq qalmış evin tikilib tamamlanması (Fərman № 562) və Naxçıvan MR ərazisində 100 evin tikintisi (Fərman № 132) daxil olmaqla

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarının icrasına uyğun olaraq salınmış qəsəbələrdə tikintisi tamamlanmış evlər, sosial-mədəni və infrastruktur obyektlər üzrə 31.03.2021 tarixinə olan ətraflı məlumat


  • Facebook
  • Twitter
  • Email
  • Xəbərlər arxivi
  • Sual-cavab
  • Faydalı linklər
  • Məsuliyyət həddi
  • Saytın xəritəsi
  • Abunə yazılışı
  • Əlaqə

ABUNƏ YAZILIŞI