oil fund
  • EN
  • Fond
  • İnvestisiyalar
  • Layihələr
  • Hesabat və Statistika
  • Fond haqqında
    • Tarix
    • Xronologiya
    • Missiya və məqsəd
    • Dəyərlər
    • Mükafatlar
    • Terminlər
    • İnzibati bina
    • Loqo
    • Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ) prinsipləri
  • İdarəetmə
    • Ümumi məlumat
    • Müşahidə Şurası
    • İcraçı direktor
    • İcraçı direktorun müavini
    • İcraçı direktorun müavini
    • Əvvəlki rəhbərlik
    • Təşkilati struktur
    • Əsasnamələr
    • Etik davranış qaydaları
  • Beynəlxalq əlaqələr
    • Ümumi məlumat
    • Beynəlxalq təşkilatlarla əməkdaşlıq
    • Benefisiar sahiblik
    • Suveren Fondların Beynəlxalq Forumu
    • Santyaqo prinsipləri
  • Hüquqi sənədlər
    • ARDNF-nin fəaliyyətinə dair
    • ARDNF-nin büdcəsinə dair
    • Dövlət büdcəsinə dair
    • Digər sənədlər
  • Mətbuat guşəsi
    • İctimaiyyətlə əlaqələr
    • İnformasiya siyasəti
    • Xəbərlər arxivi
    • Çıxış və təqdimatlar
    • Foto və videolar
    • Mətbuat güzgüsündə
    • Elanlar
    • Sual-cavab
    • Faydalı linklər
    • Müsabiqə
  • Karyera imkanları
    • Nəyə görə ARDNF?
    • ARDNF-də işləyərkən
    • Təcrübə proqramı
    • Təcrübə keçənlərin təəssüratları
    • Vakansiya
  • Ümumi məlumat
  • İnvestisiya siyasəti
  • Xarici menecerlər
  • Qızıl
  • Daşınmaz əmlak
  • Rüblük investisiya nəticələri
  • Son rəqəmlər
  • Büdcə məlumatları
  • Hesabat arxivi
oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

“Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi

“Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənubi Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 saylı Sərəncamının (Sərəncam) icrasına uyğun olaraq “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i Dövlət Neft Şirkətinə məxsus olan “Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyəti (Cəmiyyət) təsis edilmişdir.

Sərəncamın 2-ci bəndində müəyyən edildiyi kimi, Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi, eləcə də Cəmiyyətə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsi tapşırılmışdır. Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə (İN) həvalə edilmişdir. Həmin səhmlər üzrə dividendlər ARDNF-yə köçürüləcəkdir.

14 aprel 2014-cü il tarixində ARDNF tərəfindən Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə 51 milyon ABŞ dolları və yaxud 40 milyon manat məbləğində vəsait İqtisadiyyat Nazirliyinin dövlət xəzinədarlığındakı müvafiq hesabına köçürülmüşdür.

Qeyd edilən Sərəncama əsasən ARDNF tərəfindən 2014-cü il ərzində Cəmiyyətə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün 2 517,0 milyard ABŞ dolları məbləğində vəsait geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilmişdir.

Layihələrin həyata keçirilməsi üzrə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Layihələrin Cəmiyyət tərəfindən maliyyələşdirilməsi mexanizminin müəyyənləşdirilməsi haqqında 9 iyul 2014-cü il tarixli Qərarının ikinci bəndinə əsasən 2015-ci ildən etibarən Layihələrin maliyyələşdirilməsi Cəmiyyətin nizamnamə kapitalının İN və ARDNŞ -yə məxsus paylarının faiz nisbətinin qorunması şərtilə hər iki aydan bir artırılması şəklində səhmdarlar tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Bununla bağlı, 31.06.2017 tarixinə qədər Cəmiyyətin Müşahidə Şurasının və Ümumi Yığıncağının müvafiq qərarlarına əsasən nizamnamə kapitalı 2 415,8 milyon ABŞ dolları məbləğinə qədər artırılmışdır. Belə ki, ARDNF tərəfindən Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 1 232,1 milyon ABŞ dolları (51%) vəsait ayrılmışdır. ARDNF “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi üzrə payına düşən öhdəliklərin yerinə yetirdiyini nəzərə alaraq, 2018-ci ildə bu layihəyə dair ödənişlər ARDNF-nin büdcəsinə daxil edilməmişdir.

  • Facebook
  • Twitter
  • Email
  • Xəbərlər arxivi
  • Sual-cavab
  • Faydalı linklər
  • Məsuliyyət həddi
  • Saytın xəritəsi
  • Abunə yazılışı
  • Əlaqə

ABUNƏ YAZILIŞI