oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası təsdiq edildi

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrası təsdiq edilib.

Sərəncama uyğun olaraq, ARDNF-nin 2020-ci il büdcəsinin icrası gəlirləri 9 360 769,8 min manat, xərcləri isə 12 425 288,5 min manat olmaqla təsdiq edilib.