oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (30.06.2009)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları»na müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir. Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq, qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin icrası gəlirlər 11 864 648,1 min manat, xərclər 4 291 751,4 min manat məbləğində olmaqla və ya Dövlət Neft Fondunun 2008-ci il büdcəsində nəzərdə tutulana müvafiq olaraq 17% artıq gəlirlə və büdcə xərcləri üzrə 2 % kəsirlə aşağıdakı kimi təsdiq edilsin:

Sıra №-si

Göstəricilər

min manatla

Gəlirlər cəmi:

11 864 648,1


o cümlədən


1

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

13 117 354.6

2

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)

97 234,6

3

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsində istifadə üçün ödənilən akrhesabı ödənişlər

3 567,0


4

Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

165,7


5

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar(mükafatlar)

2 822,2


6

Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər

231 171,3


7

Digər gəlirlər və daxilolmalar

2 701,6


Xərclər cəmi:

4 291 751,4


o cümlədən


1

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

299 982.0

2

Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinə transfert

3 800 000,0

3

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi

211 819,5

4

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

120 600,0


5

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

5 271,1

6

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

2 295,6


7

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

6 765,8

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2009-cu il