oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-ci il büdcəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (30.12.2012)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin gəlirləri 11 482 040,4 min manat, xərcləri 13 403 099,4 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013–cü il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra №-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

11 171 072,0

2.2

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri

1 833,1

2.3

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

9 223,8

2.4

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

287 448,1

2.5

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

11 963,4

2.6

Qanunvericiliyə uyğun olaraq digər gəlitlər və daxilolmalar

500,0

Cəmi

11 482 040,4

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra №-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

300 000,0

3.2

Azərbaycan Respublikasının 2013-ci il dövlət büdcəsinə transfert

11 350 000,0

3.3

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

107 438,0

3.4

Bakı–Tbilisi–Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

138 274,5

3.5

“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

34 056,0

3.6

Azərbaycan Respublikasında bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi

103 555,9

3.7

Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirillməsi

211 950,0

3.8

Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

596 600,0

3.9

TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirillməsi

86 350,0

3.10

Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

388 575,0

3.11

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

86 300,0

Cəmi

13 403 099,4

4. “2013-cü ildə Azərbaycan Respubklikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri(proqramı)” təsdiq edilsin (əlavə olunur).

5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).

6.Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2012-ci il.