Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli, 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №6, maddə 409, №12, maddə 753; 2005, №3, maddə 160) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.2.1. Neft Fondunun investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (Standard ənd Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər. Bu yarımbənddə nəzərdə tutulmayan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə Neft Fondunun investisiya portfelinin vəsaiti yalnız həmin valyutaların ABŞ dollarına qarşı məzənnə dəyişkənliyi riskinin minimuma endirilməsi (hecinq) şərtilə yerləşdirilə bilər. Valyutaların investisiya portfelində müvafiq xüsusi çəkiləri Neft Fondunun investisiya siyasəti ilə müəyyən edilir.”.
2. 2.2.2-ci yarımbəndin ikinci cümləsində “bu Qaydaların 2.2.1-ci yarımbəndi” sözləri “Neft Fondunun investisiya siyasəti” sözləri ilə əvəz edilsin.
3. 3.1.3-cü yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən (Standart ənd Purz və ya Fiç və ya Mudiz) aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində 5 ildən az olmayan müsbət təcrübəsi və yaxud dəyəri 1 mlrd. ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.”.
4. 3.2-ci bəndin birinci yarımbəndinin birinci abzasından “minimum” sözü çıxarılsın.
5. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.3. Valyuta vəsaitinin yerləşdirilməsi (investisiya istiqamətləri)
Bu Qaydaların 2.1-ci (bu Qaydaların 3.3-cü bəndinin birinci yarımbəndinin səkkizinci abzası ilə müəyyən edilən hallar istisna olmaqla) və 3.4-cü bəndləri ilə ziddiyyət təşkil etməmək şərtilə Neft Fondunun investisiya portfelinə aşağıdakı aktivlər daxil ola bilər:
6. 3.4.1-ci yarımbənddən “, o cümlədən qiymətli metalların və daşların, hər hansı daşınmaz əmlakın, malların” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr 2011-ci il.