Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na və Dövlət Neft Fondunun 2011-ci il büdcəsinə uyğun olaraq qərara alıram:
1. "2011-ci il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)" təsdiq edilsin (əlavə olunur- Əlavə 1).
2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası təsdiq edilsin (əlavə olunur - Əlavə 2).
3.Azərbaycan Respublikasının Dövlət Neft Fonduna tapşırılsın:
3.1.Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik büdcəsinin və həmin Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinin (proqramının) tərtibinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2010-cu il.